Əsas Səhifə > Manşet / Sosial > Bakıda daha bir tarixi abidəni YERLƏ-YEKSAN EDİRLƏR...
Bakıda daha bir tarixi abidəni YERLƏ-YEKSAN EDİRLƏR...Bu gün, 10:12 |
"DİA-AZ" olaraq aşağıda təqdim edəcəyimiz fakt da növbəti TİKİNTİ XAOSUNUN hədəfində olan tarixi abidəmizi gözləyən acı aqibətdən bəhs edir. Qeyd edək ki, Azərbaycan bir dövlət olaraq Dünya Şəhərsalma Forumuna hazırlaşır. Bu isə təkcə yeni modern şəhərsalma ənənəsinin formalaşmasını təbliğ edən aksiya yox, həm də tarixi keçmişin qorunması üzərində qurulan yeni gözəlliklərin quruculuğunu təşviq etməkdə olan bir tədbirdir. Biz isə göründüyü kimi bu tədbirə DAĞIDA-DAĞIDA gedirik...
"DİA-AZ" olaraq təqdim etdiyimiz fotolarda paytaxt Bakıda Bayırşəhərdə - Mirzə Fətəli Axundzadə küçəsində QƏTL FƏRMANI verilmiş bir tarixi abidə əks olunub.
Təkcə bu fotolar seçilmiş QURBANLIĞIN necə bir gözəl abidə olmasını təsdiqləsə də, görünəni odur ki, Dövlət Şərəhsalma və Arxitektura Komitəsində QƏTL FƏRMANI verən əmilər belə düşünmürlər. Onları maraqlandıran həmin abidənin yerindən əldə edəcəkləri qazancdır.
Hər halda dövlətin üst düzəyində oturanların hamısı belə düşünmür və inanırıq ki, bu ABİDƏ QATİLLƏRİNİ durduran olacaq...
Geri qayıt |