Əsas Səhifə > Manşet / Siyasət > `Döşü medaldan ötrü qərifsəyənlər`... ZAQATALAYA DA GEDİBMİŞ...

`Döşü medaldan ötrü qərifsəyənlər`... ZAQATALAYA DA GEDİBMİŞ...


Bu gün, 09:08

Bir qrup şəxsin qanunsuz olaraq ayrı-ayrı tanınmış və məşhur simaları və yaxud da vəzifəli şəxsləri saxta orden və medallarla təltif etməsi ajiotajı və bu istiqamətdə həyata keçirilən həbslər bir həqiqəti də ortaya çıxarmış oldu ki, sən demə, bu dələduz şəbəkənin ortağı kimi çıxış edən məmurlarımız, əslində böyük həvəslə bütün bu eybəcərliklərin stimulyatoru rolunda çıxış ediblər. Vəziyyət o həddə aktualdır ki, hətta saxta medal qurbanları sırasında Türkmənistanın o zamankı prezidenti və hazırki lideri Qurbanqulu Beriməhəmmədov da var. ki, bu işdə hətta ölkəmizin baş ağsaqqalı Eldar Quliyevlə yanaşı, Azərbaycanın Türkmənistandakı səfirtinin belə adı hallanmaqdadır.

Bir sözlə, biabırçı durum məmuriyyətin sinirlərinə qədər işləyə bildiyindən əslində, çox ciddi və təhlükəli xəstəlik olan bu şəbəkə bu vaxta qədər rahatlıqla inkişaf edə bilib. Nəhayətdə işə polis qarışınca. Həbslər barədə isə məlumatlısınız. Biz isə "DİA-AZ" olaraq yeni məlumatı təqdim edirik. sən demə, məşhur filmdə deyildiyi kimi, "döşü medaldan ötrü qərifsəyən Mayıf Qasımlar" sırasında Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi də var imiş. Ən azından icra başçısı Mübariz Əhmədzadə cənabları bu yolla mükafatlandırmalar həyata keçirib, gəlib gedənin yaxasını saxta orden və medallarla bəzəyib.

Yuxarıdakı fotodan da göründüyü kimi, Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, "saxta orden və medal" işinə görə həbs edilən Eldar İsmayılovun təsis etdiyi "Qızıl Ürək” ordenini kiminsə yaxasına sancır.

Sözsüz ki, bu QIZIL ÜRƏK icra başçısına ucuz başa gəlməyib. Elə polisimiz də bunu araşdırır. Yəqin ki, bu ölkədə ürəyi "qızıldan olan" neçə-neçə məmurlar, iş adamları var ki, indi həmin "təltiflərini" gizlətməyə yer axtarırlar və yaxud da artıq çoxdan zibilxanaya tullayıblar...





Geri qayıt