Əsas Səhifə > Manşet / Siyasət > Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN!
Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN!Bu gün, 09:03 |
"Uşağa test kitabçası almaq üçün mağazaya girmişdim. Gördüm, valideynlər paçka-paçka konvert alırlar. Ağ eləməyim, 4 valideyn idi, hərəsi 5 konvert istədi..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sevinc Telmanqızı yazıb.
Jurnalist daha sonra müşahidə etdikləri barədə bunları deyir:
"Xorla müəllimələrin adını sadaladılar ki, müəllimlər günü münasibətilə konvertə pul qoyub, versinlər. Amma aralarında “inqilabçı” bir ana vardı, almırdı konvert. Azcana qürur duymuşdum ki, dedi, mən müəllimənin kartına göndərəcəm, konvert köhnəlmiş üsuldu.
Noldu bəs, nazirlik xəbərdarlıq etmişdi, olmaz, asaram, kəsərəm. Yoxsa elm və təhsil naziri Emin Əmrullayev növbəti mətbuat konfransında yenə çıxıb, “hədiyyə bizim vaxtımızda da vardı, gələcəkdə də olacaq” tipli dəhşət kreativ fikirlər söyləyəcək? Vəzifənizin öhdəsindən gələ bilmirsizsə, durun qırağa, istefa verin də. Nə vermisiz, ala bilmirsiz bu camaatdan?"
Geri qayıt |