Əsas Səhifə > Manşet / Hadisə > Əmrullayev etiraf etdi: indi qaldı istefa verməsi...

Əmrullayev etiraf etdi: indi qaldı istefa verməsi...


29-09-2025, 07:34

Keçən həftə etdi çıxışında Elm və təhsil naziri Emin Əmrullayev nəhayət etiraf etdi: orta məktəblərdə pul yığımı halları var. Bəli, bu, uzun illərdir şikayət edilən və ictimaiyyətin narazılıqla izlədiyi bir reallıqdır. Əslində isə bu, sadəcə bir etiraf yox, acizliyin rəsmi dilə gətirilməsidir. 

Nazirin bu açıqlaması göstərir ki, artıq vəziyyət nəzarətdən çıxıb və təhsil sistemi içərisindən çürüməyə doğru gedir. Belə bir şəraitdə sadəcə “araşdırdıq, tədbir gördük” deməklə məsələ bağlanmamalıdır. Çünki reallıqda bu “tədbirlər”in nəticəsi olmur - araşdırmalar nazirliyin içində başlayır və elə oradaca ört-basdır edilir.

Üstəlik, bu cür hallarda adı hallanan şəxslərin daha yüksək vəzifələrə irəli çəkildiyi faktları da az deyil. Bu isə cəmiyyətə bir mesaj verir: nə qədər qayda pozursan, bir o qədər mükafat alırsan.

Bütün bunların fonunda nazirin istefası artıq bir zərurətdir. Əgər bir nazir məktəblərdə rüşvətin, qeyri-rəsmi pul yığımının qarşısını ala bilmirsə, o zaman həmin vəzifədə qalmasının heç bir mənası yoxdur. Emin Əmrullayevin bu etirafı siyasi və peşəkar məsuliyyət daşımalıdır.

Təhsil sistemində islahat yalnız yeni qaydalarla deyil, məsuliyyət daşıyan şəxslərin dəyişməsi ilə mümkündür.

"DİA-AZ"


Geri qayıt