Əsas Səhifə > Manşet / Sosial > "Üç aydır bağlamamı itirsələr də..."
"Üç aydır bağlamamı itirsələr də..."Dünən, 08:50 |
"Şikayətim "Dynamex MMC" kargo çatdırılma şirkətindəndir. 3 aydır bağlamamı itirsələr də, ödəniş etməkdən boyun qaçırırlar, bağlamanı da tapıb təhvil verə bilmirlər..." "DİA-AZ" xəbər verir ki, bu barədə İlyas Nasibov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: " "Smart Customs"da bağlama gömrük yoxlanışını keçib, daşıyıcya tehvil verildi, gümrük anbarını tərk etdi görünsə də, bunlar nə mail-ə cavab verir, nə zəngdə düz əməlli bir şey deyə bilirlər.
Həyatımda bu qədər səviyyəsiz, düşük, özünə hörmət etməyən kollektivə sahib başqa bir şirkət görməmişəm.
ICTA-ya şikayət etsəm, tədbir görülər bunlar haqqında?"
Geri qayıt |