Əsas Səhifə > Manşet / Güney Press > "Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir"
"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir"Bu gün, 16:47 |
Ev təmiri işi ilə məşğul olan 2 usta aparıcı Zaur Nəbioğlundan şikayətçidirlər."DİA-AZ" xəbər veir ki, Milli.Az-a müraciət edən ev təmiri ilə məşğul olan ustalar Mircəlal Bağırov və Nəsir Əhmədov bildiriblər ki, tanınmış aparıcı Zaur Nəbioğlu onların pulunu vermir. "Biz 3 ay Zaur Nəbioğlunun mənzilində təmir işləri aparmışıq. Bizi Zaurla Elvin adlı şəxs tanış edib. Əvvəlcə mənzildə yalnız tavan işini görməli idik. Birinci danışığımız da Elvin adlı şəxslə oldu. Onunla 3 otağın tavanını təmir etmək üçün 800 manata razılaşdıq. Daha sonra o bizə 400 manat versə də, qalan pulumuzu vermədi. Bundan sonra isə biz Zaur Nəbioğlu ilə görüşdük. O bizə dedi ki, bundan sonra mənlə danışın. Divarların da təmir edilməsi ilə bağlı yenidən bu dəfə Zaurla razılaşdıq və 2500 manata razılaşdıq. Təmir müddəti ərzində Zaur bisə ümumilikdə 1500 manat ödəniş etdi. Təmir zamanı isə əvvəldən razılaşmadığımız eyvan işini də bizə gördürdü və onun üçün biz 300 manat da əlavə qiymətin üstünə gəldik, 400 manat da əvvəldən borc qalmışdı. Toplam da Zaur bizə 3200 pul verməli idi, o isə bu puldan cəmi 1700 verdi və 1500 manat qaldı. O evdə təmir zamanı bəzi xırda qüsurları bəhanə edərək pulu verməkdən itmina etdi, artıq 5 ay keçib. Hələ də biz pulumuzu ala bilmirik. Dəfələrlə ona bildirdik ki, halallıq olmalıdır, biz əziyyətimizin haqqını istəyirik, bizim ödənişimizi etmədi. Bu gün zəng edirik, zənglərimizi də açmır". Mircəlal Bağırov və Nəsir Əhmədov qeyd ediblər ki, əgər Zaur Nəbioğlu pullarını verməsə, polisə müraciət etməyi düşünürlər. Məsələ ilə bağlı saytımızın əməkdaşı aparıcının özü ilə əlaqə saxlayıb. Zaur Nəbioğlu sözügedən mövzu barədə danışmaq istəmədiyini bildirərək sullarımızı cavabsız qoyub. Geri qayıt |