Əsas Səhifə > Manşet / Üçüncü sektor / Cəmiyyət > Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib?

Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib?


Bu gün, 16:14

Abşeron rayonu Mehdiabadda növbəti dəfə qanunsuz obyekt tikilir.

XALQ məlumat verir ki,paytaxtın Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yaşıllıq məhv edilərək qanunsuz obyekt tikintisi aparılır.

Son zamanlar Abşeron rayonunun bir çox ərazilərində qanunsuz tikintilərin aparılması ilə bağlı məlumat verilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

İddialara görə rayon ərazisində qanunsuz tikintilərə icra hakimiyyətinin səlahiyyətli şəxslərin nəzarəti ilə həyata keçirilir. Bu məsələ ilə bağlı ölkə mətbuatında və sosial platformalarda məlumatlar dərc olunsada təkzib olunmayıb.

Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinin münasibət öyrənmək mümkün olmadı. Həmçinin qanunsuz tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir açıqlama verilmədi.


Geri qayıt