N.Əliyev 2018-2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant, 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. 2020-2022-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist, yeni təyinatınadək isə Sənaye Təbabət bölməsinin müdiri vəzifəsində çalışıb. N.Əliyev 2018-2019-cu illərdə Naxçıvan Tibb Kollecində müəllim, 2023-cü ildən etibarən isə UNEC Biznes Məktəbində (MBA) səhiyyənin idarə edilməsi ixtisası üzrə müəllim vəzifəsində çalışır.
Avtobioqrafiyasından da göründüyü kimi, Natiq Əliyev 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. Bəs necə olub ki, bu sanitar həkim bir ildən sonra Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb? Yenə sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?
Əldə etdiyimiz məlumatlara görə Natiq Əliyevin anası Şirvan şəhərində tanınmış bir həkimdir. Çox güman ki, Natiq Əliyevin karyerasındakı yüksəliş də buradan qaynaqlanır.
Qayıdaq təmizlik xidmətinin işçilərinin pulunun verilməməsi məsələsinə. Qeyd etdiyimiz kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev məsələyə heç bir münasibət bildirmədi. Odur ki, suallarımızı buradan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanlayırıq.
Şamaxı rayon Mərkəzi Xəstəxanası kimi mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-ə tabeli dövlət qurumudur?
TƏBİB-ə tabeli dövlət qurumu olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanası təmizlik kimi xidmətlərin görülməsi üçün nə üçün müqavilə bağlamır?
Satınalmaların portalına yerləşdirilmiş məlumata görə Şamaxı rayon Mərkəzi Xəstəxanası 18.12.2024-cü ildə balansında olan binalarda və həyətyanı sahələrdə cari təmir işlərinin satınalınması üzrə “LOKAL GROUP” MMC ilə 135.606,66 manat məbləğində müqavilə bağlayıb.
Xəstəxananın həyətyanı sahələrdə cari təmir işlərinin satınalınmasına ayrılmış 135 min manat necə olub ki, Natiq Əliyev Xəstəxanada abadlıq işlərinə cibindən pul xərcləyir?
Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev aylıq əmək haqqı nə qədərdir ki, Xəstəxanada abadlıq işlərinə cibinin pulunu xərcləyir?
TƏBİB-ə tabeli dövlət müəssisələrində rəhbər vəzifəli şəxslərin mühafizəçi ştataı varmı?
Gənc kadr Natiq Əliyevin yanında gəzdirdiyi mühafizəçilərə maaşı kim verir, TƏBİB, yoxsa direktor?
Hələlik TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanladığımız suallar bu qədərdir. Ümid edirik gənc kadrı Natiq Əliyevdən fərqli olaraq o, bu kimi məsələlərin aydınlaşdırılmasına göstəriş verəcək.
Sonda onu da qeyd etmək istərdik ki, Natiq Əliyev Hacıqabul rayon Mərkəzi Xəstəxanasında işləyərkən mediaya geniş müsahibə də verib. Natiq Əliyev qeyd edib ki, ən gənc rəhbərlərdən biri olmağın məsuliyyəti də çoxdur. Hazırda etimadı doğrultmağım üçün var gücümlə çalışıram.
Etimadı beləmi doğruldurlar Natiq Əliyev? Bu sualın cavabını isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına təyin olunmuş gənc direktordan gözləyirik.