Əsas Səhifə > Manşet / Sosial > `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də...

`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də...


Bu gün, 11:00

"Avtomobilini kasko sığorta etdirmək istəyənlər əsəblərinə və sağlamaqlarını düşünürlərsə PASHA Insurance şirkətindən maksimum kənar gəzmələri tövsiyə olunur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında şəhid ailəsi üzvü Emin Əmrahov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "22 oktyabrda yolları su basanda avtomobilim zərər gördüyündən Paşa Sığorta şirkətinə müraciət etdim. 15 günlük araşdırmadan sonra Paşa Sığorta iddia etdi ki, hadisədə qəsd anlayışı var və təsadüfilik yoxdur deyə imtina olunur. Yəni gördüz ki çöldə yağış , qar yağır avtomobili idarə etməyin əks halda bilərəkdən qəzaya səbəb olmuş olacaqsız Paşa Sığorta məntiqi ilə. Mərkəzi Bank isə ümumiyyətlə Paşa Sığorta ilə bağlı gələn şikayətləri araşdırmır yada araşdırmaq istəmir.
Nəhayət Nəsimi Rayon Məhkəməsi işi ətraflı araşdırıb xeyrimə qərar çıxartdı. Qərardan narazı olan Paşa Sığortanın verdiyi Apelasiya Şikayəti də təmin olunmayıb Yekun Məhkəmə aktı çıxarıldı.
( Qərardan Kasasiya şikayəti edilə bilməz)
Ödənişi aldım amma 1 il ərzində çəkdiyiniz əsəb, vaxt itkisi qaldı mənə.
Şəhid ailə üzvünə göstərdiyiniz “xüsusi diqqət” üçün “TƏŞƏKKÜRLƏR!”, Paşa Sığorta.."

Geri qayıt