Əsas Səhifə > Manşet / Ölkə > Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlirBu gün, 11:43 |
AFFA-nın sabiq baş katibi, hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədov yaxın vaxtlarda fəaliyyətini Azərbaycanda davam etdirə bilər. Publika.az-ın məlumatına görə, o, gənclər və idman naziri təyin olunmağa yaxındır. Məmmədov bu vəzifədə Fərid Qayıbovu əvəz edəcək. Ehtimallara görə, onun təyinatı bu ilin oktyabrından sonra reallaşacaq. Buna səbəb ölkəmizdə keçiriləcək III MDB Oyunlarıdır.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Geri qayıt |