Əsas Səhifə > Manşet / Siyasət > Qalmaqallı qohumları yenidən həbs edildi
Qalmaqallı qohumları yenidən həbs edildiBu gün, 09:51 |
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarla hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib. Gununsesi.info-nun xəbərinə görə, İsa Əzizov bu dəfə “See Breeze” İstirahət Mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İza Əzizov cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib. O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı. Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o, Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa cağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi. Qeyd edək ki, əvvəllər İsa Əzizovun Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da soradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur. Geri qayıt |