Əsas Səhifə > Manşet / Sosial > SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ...

SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ...


Bu gün, 09:29

SOCAR Neft Daşları NQÇİ-də əcaib-qəraib işlər davam edir. "DİA-AZ" xəbər verir ki, bu barədə növbəti məlumatı paylaşan Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda rəhbərlikdən hesabat da tələb edib.
M.Qəhrəmanlının paylaşımında deyilir ki, srağagün SOCAR Neft Daşları NQÇİ-də keçirilən "5 dəqiqəlik" deyilən iclasda söhbət olub ki, qarşıdan gələn oktyabr ayından etibarən işçilərə istəklərinə uyğun olaraq 7/8 günlük iş qrafiki ilə işləmələrinə icazə veriləcək: "Dünən isə həmin şifahi qərara düzəliş edərək bildiriblər ki, 7/8 günlük iş qrafiki ancaq sahə rəisiləri və müavinləri üçün keçərli olacaq".
Buna etiraz edən SOCAR Neft Daşları NQÇİ-də çalışan sıravı i8şçilərin rəyi isə belə olub:
"Fəhlə heyəti olaraq SOCAR rəhbərliyinin nəzərinə çatdırırıq ki, işçilərə qarşı tutduqları vəzifə kateqoriyasına görə əsassız şəkildə ayrıseçkilik olacağı təqdirdə Neft Daslari idarəsindən bütün dövlət instansiyalarına müracətlər ünvanlanacaq, məsələnin hüquqi cəhətdən araşdırılması üçün hətta məhkəmə orqanlarına da iddia ərizələri yazılacaq..."
"DİA-AZ" bildirir ki, bütün bu anormallığa sərt reaksiya verən NHMT sədri SOCAR Neft Daşları NQÇİ-nin rəhbərliyinə sualla xitab edib: "Bu nədir, quldarliq dövrünə qayıdırıq? Necə yəni rəislərə olar, amma fəhlələrə olmaz?"
Məsələ diqqətimizdədir...

Geri qayıt