Əsas Səhifə > Manşet / Siyasət > Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ...

Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ...


Dünən, 09:09

Lənkəran rayonunun "Üzümçülük Sovxozu"nda qalmaqallı hadisə baş verib. Sovxoz ərazisində yerləşən uşaq bağçasının direktoru körpələrə ayrılan ərzaqları müəssisədən çıxararaq daşıdığı zaman sakinlər tərəfindən yaxalanıb.
Məlumata görə, həmin şəxs təsadüfi deyil – bağçaya rəhbərlik edən Həyya Novruzova, Nərimanabad qəsəbə ərazi nümayəndəliyinin rəhbəri Ceyhun Ələkbərovun bacısıdır. Onun bu əməli kənd sakinləri tərəfindən ifşa olunduqdan sonra məsələ barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
 İddialara görə, Həyya Novruzovanın qardaşı – Lənkəran rayon icra hakimiyyətinin yerli nümayəndəsi olan Ceyhun Ələkbərovun köməyi ilə bacısı Həyya Novruzovanın cəzasız qalacağı barədə söz-söhbətlər yayılıb.

Hər halda, bu məsələni yerli təhsil şöbəsi araşdırıb, bir açıqlama verəcək... buna ümidliyik...

Bakunews.az


Geri qayıt