Əsas Səhifə > Manşet / Hadisə > Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR...

Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR...


Bu gün, 10:39

"Atam, Qarabağ müharibəsi veteranı Cəlilov Məhərrəm, 3 aydır ayaq sınığına görə evdə müalicə alır. Ayağına İlizarov aparatı qoyulub..." "DİA-AZ" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətində jurnalist Təbriz Məhərrəm qeyd edib.
O daha sonra bildirib: "Xəstəlik bülleteni təqdim olunub, amma artıq 2-ci ay tamamdır ki, bülleten pulu köçürülmür.
Qanunvericiliyə əsasən, bu ödəniş vaxtında təmin olunmalıdır. Amma təmin olunmur.
Məsul qurumlardan xahiş edirəm məsələyə baxsınlar.
Müraciətlərimizdə, Qarabağ müharibəsi veteranı olduğunu da bildirmişik.
Xəstəlik hələ də davam edir, nəyi gözləyirsiniz, hörmətli qurumlar?
Gözləyirsiniz ki, ikinci ayağıda sınsın sonra pul köçürülsün?"


Geri qayıt