Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > AYNA-nın bəlaya saldığı Sumqayıt...
AYNA-nın bəlaya saldığı Sumqayıt...3-09-2025, 16:29 |
Azərbaycanda ictimai nəqliyyat sahəsi illərdir islahat adı altında dəyişikliklərə məruz qalsa da, problemlər kökündən həll olunmayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxta və iri şəhərlərə yeni avtobuslar gətirməklə sanki işini bitmiş hesab edir. Amma real vəziyyət göstərir ki, bu qurum sadəcə vitrini bəzəməklə məşğuldur. “Yeni Çağ”ın redaksiyasına daxil olan şikayətdə deyilir ki, Bakıda və Sumqayıtda çoxlu dayanacaq ya köhnəlib, ya da, ümumiyyətlə, mövcud deyil. Sərnişinlər bəzən avtobusu yol kənarında gözləməyə məcbur qalır. Əksər dayanacaqlarda isə informasiya lövhələri, hərəkət qrafikləri yoxdur. Nəticədə insanlar avtobusun nə vaxt gələcəyini təsadüflərə buraxırlar. Əməkdaşımızla söhbətində adının çəkilməsini istəməyən şikayətçi söyləyib ki, yeni avtobusların gətirilməsi yaxşıdır, amma bu avtobuslar vaxtında işləmirsə, sərnişin üçün fərqi yoxdur:
O, əlavə edib ki, Bakıda və hətta Gəncədə kart sistemi tətbiq olunsa da, Sumqayıtda vəziyyət tamamilə fərqlidir:
Şikayətçi onu da vurğulayıb ki, Sumqayıtda hərəkəti dayandırılan bir çox marşrut xətləri illərdir yenidən bərpa olunmur:
O, yekunda söyləyib ki, AYNA hər çıxışında islahatlardan danışır, amma sərnişinlərin gündəlik problemlərinə real həll tapa bilmir:
Geri qayıt |