Əsas Səhifə > Manşet / Gündəm > Binəqədidə TİKİNTİ XAOSU...
Binəqədidə TİKİNTİ XAOSU...29-08-2025, 11:00 |
Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 6, ev 2 Q ünvanında tikilən fərdi yaşayış evinin birinci mərtəbəsi obyekt kimi inşa edilir.
Bu barədə azfakt.com-a daxil olan məlumatda bildirilir ki, tikinti sahibi Kənan Alıyev yaşayış evinin birinci mərtəbəsini obyekt inşa etdirib. Qeyd edək ki, Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 6, ev 2 Q ünvanında tikilən fərdi yaşayış evinin tikintisinə icazəni Dövlət Şəhərsalma və Arxektura Komitəsinin Dövlət reysterindən çıxarış əsasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev verib.
![]() Həmin icazə sənədində yalnız fərdi yaşayış evinin tikintisinə icazə verilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt |