Əsas Səhifə > Manşet / Sosial > Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib...

Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib...


Bu gün, 10:50

Naxçıvan Dövlət Universitetin bir qrup tələbəsi onları təhqir edən, döyən aqressiv dekan müavini ilə bağlı ictimaiyyətə müraciət etdikdən sonra təhdidlə üzləşdiklərini bildirirlər. Onlardan tələb olunur ki, paylaşılan məlumatı ictimaiyyət qarşısında təkzib etsinlər. Tələbələri təhdid edən elə, dekan müavinin özüdür. Bu haqda “Gündəlik Naxçıvan”a tələbələr məlumat veriblər.
Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin birinci kurs tələbələri olan şikayətçilər bildirirlər ki, müraciət yayınlandıqdan sonra dekna müvaini Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib:
“Adəti üzrə öz tərbiyəsini ortaya qoydu. Zəng edən kimi söyüş və təhqirlə başladı. Daha sonra hədə-qorxuya başladı. Dedi ki, təkzib verməsəniz, sizə şər-böhtan madddəsiylə cinayət işi açdırıb, həbs etdirəcəyəm. Bizdən tələb edir çıxıb deyək ki, “Gündəlik Naxçıvan” bizim adımızdan yalan yazıb. Dedi ki, polislər, hakimlər onun adamlarıdır. Biz isə, həqiqəti dediyimizi, bunu hər zaman sübut edə biləcəyimizi bildirdik.
Əlimizdə onun bizim üstümüzə bağırıb, necə təhqir və təhdid etməsi ilə bağlı səs yazıları var. İstənilən vaxt istintaq orqanlarına təqdim etməyə hazırıq. Biz geri çəkilməyəcəyik və aidiyyəti qurumlardan xahiş edirik ki, bu tərbiyədə olan, tələbələri döyüb, qulağını partladan, pilləkəndən atan, davamlı təhqir edən bu cür şəxsi işdən azad etsinlər”
Təlbələr bildirirlər ki, onları aqressiv dekandan qoruduğuna görə işdən qovulan müəllim Aysel Quliyeva da təhdid olunur:
“Ondan da təhdidlə tələb edirlər ki, çıxıb, təkzib versin. Halbuki müraciəti vatsap qrupumuzda müzakirə etdikdən sonra biz özümüz “Gündəlik Naxçıvan” vasitəsi ilə ictimailəşdirmişik. Bizdə olan məlumata görə, müəllimimiz hakimlər və yerli vəkillər kollegiyası səviyyəsində həbslə hədəlnir. Biz onun təqib olunmasının dayandırılmasını, işinə bərpa olunmasını tələb edirik. Bizim onun kimi müəllimlərə ehtiyacımız var.”
Ötən həftə tələbələr onları davamlı döyən, təhqir edən dekan müavinin cəzasız qaldığını bildirmişdilər. Universitetdə ədalət tapa bilməyən tələbələr çıxış yolunu “Gündəlik Naxçıvan” vasitəsi ilə ictimaiyyətə müraciət etməkdə görmüşdülər. Tələbələr bildiriblər ki, rəhbərlik aqressiv dekan müavinini cəzalandırmaq yerinə, onları bu əməllər qarşısında müdafiə edən müəllim Aysel Quliyevanı işdən qovub.

Geri qayıt