Əsas Səhifə > Manşet / Gündəm > Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR...

Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR...


Bu gün, 08:53

Laçın şəhər sakini Alızadə Qərənfil İmamverdi qızı rayon rəhbərliyi tərəfindən üzləşdiyi qanun pozuntusu və haqsızlıqla bağlı ölkə başçısı İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edib. "DİA-AZ" xəbər verir ki, keçmiş məcburi köçkün müraciətində Laçına dönəndən sonra əmlakına sahib ola bilmədiyini deyir.

Buna səbəb 1992-ci ildə tərk etdiyi evinin ermənilər tərəfindən ticarət obyekti çevrilməsi, Laçının azad edilməsindən sonra yerli hakimiyyət orqanlarının da ərazini obyekt kimi qeydə almasıdır. Dəfələrlə müvafiq orqanlara, o cümlədən dövlət başçısına, vitse-prezidentə müraciət etdiyini, lakin probleminin həll edilmədiyini deyən Qərənfil Alızadə Laçın səfər edən İlham Əliyevlə görüşə cəhd etdiyini, lakin görüşün alınmadığnı deyir.

Qərənfil Alızadə rayon rəhbərliyinin onun probleminin həll edildiyi barədə vitse-prezident Mehriban Əliyevaya yalan məlumat verdiyini deyir. Şikayətçi ona məxsus evi tələb etdiyinə görə övladları ilə təhdid edildiyini da qeyd edib. Onun sözlərinə görə, rayon rəhbərliyi “övladların qəza keçirə bilər, ciblərindən nəsə çıxa bilər” deyə onu hədələyib. Son ümid yeri kimi ölkə başçısına üz tutan şikayətçi evinin ona verilməyəcəyi təqdirdə vətəndaşlıqdan çıxarılmasını istəyib. Çünki vətənində ona yer olmadığını hesab edir. O, təhdidlər dayandırılmayacağı təqdirdə özünü və evini yandıracağını da deyib.


Geri qayıt