Əsas Səhifə > Manşet / Ölkə > "Olmayan məhsulları necə sata bilirsiniz, axı..."
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..."Bu gün, 11:34 |
"Şikayətim mebel mağazası olan "Madeyra"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Samir Saatov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Belə ki, online məhsul təqdim ediblər. Bəyənmişik, rəsmiləşdirmişik... Məhsul evə çatdırılıb quraşdırılanda baxırıq ki, məhsul tam çatdırılmayıb.
Yataq mebeli dəsti sifariş etmişik, tirmo və taxt yəni tumbalar göndərilməyib.
Müştəri xidmətləri ilə əlaqə saxladıqda məhsul anbara nə vaxt daxil olsa, onda göndərəcəklərini və anbarda dəstdən nə halda olduqlarından məlumatlı olmadıqlarını bildirirlər.
Belə çıxır ki, biz oturub gözləməliyik nə vaxt məhsul hazır olacaq, ya olmayacaq.
Burdan müraciət edirəm: Olmayan məhsulları necə sata bilirsiniz, axı..."
Geri qayıt |