Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "Onlara “dur” deyən yoxdur..."

"Onlara “dur” deyən yoxdur..."


Bu gün, 12:38

"Tələbəlik illərim Ceyhun Bayramovun Təhsil Naziri olduğu dövrə təsadüf edib. O zaman təhsildə üzləşdiyimiz kiçik bir problemi Facebookda sadə bir postla ictimailəşdirdikdə dərhal problemin həlli istiqamətində reaksiya verilirdi. İndi isə bir həftədir ölkənin az qala bütün saytları Quba–Xaçmaz Regional Təhsil İdarəsinin özbaşınalıqlarından yazır. Problemin qabardılmasında köməklik edən jurnalist dostlar Təhsil Nazirliyi və regional idarə ilə əlaqə yaratmağa çalışırlar, amma “tık” belə yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiuraz dolu açıqlamasında təhsil işçisi Orxan Kərimov qeyd edib.
O daha sonra əlavə edib: "Təhsil sistemində bürokratik aparatda cəzasızlıq mühiti o qədər kök salıb ki, bu qədər yazılır, bu qədər şikayət edilir, amma heç kimin vecinə deyil sanki.
Təhsil nazirliyi bütövlükdə bir sistem olaraq ictimai şüuru formalaşdıran ən təməl mexanizmdir. Bu qədər müəllim problemləri qabardır, şikayət edir, amma nəticədə dəyişən heç nə olmur.
Sosial şəbəkələr artıq 9–10 yaşlı uşaqlar üçün belə əlçatan olub. Dolayısı ilə onlar da bu prosesləri izləyir və nazirliyin problemlərə biganə yanaşmasının şahidi olurlar.
Uşaqlarda yaratdığınız bu travma, inanın, ölkənin gələcəyinə birbaşa mənfi təsir göstərir. Artıq elə bir düşüncə formalaşıb ki, təhsil sistemində cəza yalnız müəllimlər üçündür. Müəllim kiçik bir yanlışına görə cəzalandırıla bilər, amma təhsilin bürokratik aparatındakılar dövlətə ən ağır zərərləri vuraraq özbaşınalıqlarına davam edirlər və onlara “dur” deyən yoxdur.
Təhsilə bu biganə münasibətinizin nəticəsində bir neçə il sonra ölkədə gələcək qurmaq istəyən gəncləri tapa bilməyəcəksiniz.
Sabahdan etibarən Təhsil Nazirliyinin bu problemləri həll etməkdəki acizliyini administrasiya səviyyəsinə qaldırıb, cənab Prezidentin eşidə biləcəyi səviyyədə qabartmağa çalışacağam. Problem artıq yalnız bu yolla həll edilə bilər.
Bəzən dostlar mənə “həbs edilə bilərsən” deyirlər. Mən inanmıram ki, təhlükəsizlik orqanları könüllü şəkildə bəzən maaşının 2/3 hissəsini şagirdlərinə, baxımsız vəziyyətdə olan məktəbə xərcləyən bir müəllimi həbs edib, bu vakansiya alverçilərinə göz yumsun. Yəni bu mübarizədə gedə biləcəyim yerə qədər gedəcəyəm. Son dayanacağım ya vakansiyada gizlətdiyiniz məktəblərdən biri olacaq, ya da…

Geri qayıt