Əsas Səhifə > Manşet / Hadisə > SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları...

SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları...


Bu gün, 09:31

Neçə gündür ki, SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən həyata keçirilən kadr siyasəti ciddi şəkildə tənqid olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, bu barədə geniş müzakirə açan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə səhifəsində SOCAR əməkdaşı Rac Kərimov olduqca ilginc məqamlardan bəhs edərək, haqlı suallarını rəhbərliyə ünvanlayıb.

Həmin açıqlamanı təqdim edirik:

"Ən savadlı, ən layiqli namizədin imtahan vasitəsilə müəyyən edilib qalib elan olunaraq müvafiq vakansiyaya yiyələnməyi başa düşüləndir. Amma bu MİP, CİP, KİP kimi proqramlara zərurət nədir başa düşmək olmur. İdarə daxilində fəhlədən mühəndisə "olmaz" kimi tələb hansı qanunvericilkdə var? Hər bir idarədə yaranan bos vakansiyanı həmin idarənin fəhləsinə vermirsən, çıxarırsan ümumi "Azneft" müstəvisinə, niyə? Məqsəd nədir? Bu üsul ilə həmin idarədə işləyən, işlədiyi sahəni və iş prinsipini beş barmagi kimi tanıyan ali təhsilli fəhlələrin karyera yüksəlisi üçün hansı səmərəli şəraiti yaratmısan?

Bu məsələlərə olan hazırki münasibətlərə nəzər salanda həqiqətən də qohumbazlıq və digər neqativ hallar üçün zəruri şəraitin məqsədyönlü şəkildə yaradılması ehtimalından başqa məntiqli variant gəlmir ağlına. Sanki idarələrdə açılan boş vakansiyaları həmin idarədə çalışanlar üçün yox - kimlərinsə müdaxiləsini əlçatan etməkdir məqsəd.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təsdiq etdiyi qaydalar bir tərəfdə - SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları bir tərəfdə. Bir sözlə, şəffaflıq olmasın deyə mümkün qədər prosesləri qəlizləşdirməyə oxşayır bu məsələlər ki, heç kim başa aça bilməsin..."

Geri qayıt