Əsas Səhifə > Manşet / Hadisə > Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB...

Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB...


Bu gün, 09:47

"Müştərisi olmadığım bir qurumdan şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aysu Məmmədli adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Azərsu ASC Sutikinti müəssisəsinə müraciət edirəm: xahiş edirəm, lazım olan göstərişləri verin və məni bu zənglərdən, dəxlisiz və bizə aid olmayan borcdan qurtarın. Bizim adımıza olmayan, istifadə etmədiyimiz, yaşamadığımız bir evdə anamın adına 955.16 manat su borcu yığılıb.

Qəribə budur ki, bu borc yığılana qədər, "Azərsu" və işçiləri, hara baxırdınız? 2-ci ayda borc olanda su kəsilir, niyə indiyə qədər gözləmisiniz?

İkinci qəribə olan hal budur ki, həmin ünvanı "Azərsu" işçiləri də tapmır. Zəngli danışıq zamanı mənə deyirlər ki, eviniz hardadır? Deyirəm, axı mənim elə evim yoxdur... bilmirəm. Deyirlər ki, biz də tapmırıq. Bəs bu borcun mənə yaratdığı problemlərin və narahat edən zənglərin qarşısını necə alaq?

Tədbir görülmədiyi təqdirdə bir Azərbaycan vətəndaşı olaraq qanuni yollarla haqqımızı tələb edəcəyik..."


Geri qayıt