Əsas Səhifə > Manşet / Gündəm > "Bunların gördüyü iş bundan artıq olmayacaq ki..."

"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..."


Bu gün, 09:10

"Bu "Yelo Bank" hamını boğaza yığıb. 2-3 gündür məni də təmiz əsəb edib..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında sosial şəbəkə istifadəçisi Faiq Azimov qeyd edib.

Narazı vətəndaş daha sonra bildirir: "Əvvəl bəzi keşbek faizləriylə müştəri yığırlar... Getdim, pul mədaxil edib premium kart aldım. 4-5 ay sonra hamısını ləğv elədilər...

İndi də müəyyən şərtlər altında keşbek verir, onu verməsə, ondan yaxşıdır. Karta 4000 manat mədaxil etmişəm: 3 gündü keşbek hesablanmır...

Bunların gördüyü iş, xidmət bundan artıq olmayacaq ki... Ən yaxşısı, qırıb tullayacam kartı getsin..."


Geri qayıt