Əsas Səhifə > Manşet / Hadisə > "Belə dələduzluq olmaz..."
"Belə dələduzluq olmaz..."Bu gün, 09:02 |
"Şikayətim "Baku Electronics" mağazasındandır. Mağazanın Nərimanov filialından 14 fevral tarixində daraqlı fen - "Philips Air Styler 3000 Series BHA310/00" fenini almışıq..." "DİA-AZ" xəbər deyir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Firuze Vahid adlı istifadəçi gileylənir. Narazı vətəndaş daha sonra bildirir: "Feni alanda mağazalarının əməkdaşları məcburi əlavə 60 manat ödənişlə qızıl zəmanət aldırıblar. Fen çox işlənməyib, adətən daraqlı başlığı ilə qurutmada istifadə olunub. Amma buna baxmayaraq qısa müddət ərzində başlığı xarab olub. Qızıl zəmanətlə mağazaya yaxınlaşmışıq və bizə servisdə düzəldiləcəyi deyilib. Bu fenin düzəlməsi üçün taksilərə verilən pulu da saysaq, indiyə qədər nə qədər pulumuz çıxıb. Gedib feni götürmüşük və fen düzəldilməyib. Sadəcə bir başlığı əridilib. Belə dələduzluq olmaz. "Baku electronics", o qızıl zəmanəti niyə müştərilərə yalandan satırsınız?!" Geri qayıt |