Əsas Səhifə > Manşet / Gündəm > Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİBu gün, 06:05 |
"DİA-AZ" az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi dünən xüsusi açıqlama ilə çıxış etdi. İlk əvvəl həmin açıqlamanı tam olaraq xatırladırıq: "Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir. Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirmişdir. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.
Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.
Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik..."
***
İlk baxışdan düşünülə bilər ki, burada heç nə yoxdur. MEDİA vəzifə borcunu yerinə yetirərkən ənənəvi addımını atıb. Amma məsələ yetərincə fərqli xarakterdədir.
Əslində bu dəfə də MEDİA öz vəzifə borcunu yerinə yetirib və iradlar haqlı, həmçinin qanunidir... Amma...
Amması odur ki, MEDİA eyni ittihamı hazırda ölkənin əksər saytlarına ünvanlaya bilər. Tək hədəfin “News24.az” olması işin boyutunu dəyişir. Çünki əksər populizm meyilli saytlardan fərqli olaraq “News24.az”ın arxasında məhz Rusiya, daha dəqiqi Rusiyanın adamı şübhə doğurmayan, Putinin dostu kimi tanıdığımız İlham Rəhimov dayanır.
"DİA-AZ" xatırladır ki, “News24.az” saytı "Liatris Holding"in tərkibindədir.
Qeyd edək ki, "Liatris Holding"in rəhbəri, tanınmış iş xanımı, İlham Rəhimovun uşaqlarının anası Ruhi Əliyevadır. "Liatris Holding"in tərkibində “News24.az” saytı ilə yanaşı, “MRH” reklam şirkəti, “Olay.az” və “Soz.az” media resursları fəaliyyət göstərir. Və gün kimi aydındır ki, hörmətli MEDİA xəbərdarlığı “News24.az” saytına yox, onun sahibi sayılan İlham Rəhimova edib. Çünki digər yerli saytlardan fərqli olaraq İlham Rəhimova aid saytlarda hər hansı şişirdilmiş başlıq siyasəti səbəbsiz ola bilməz və buradakı səbəb Azərbaycan dövlətini haqlı olaraq narahat edir. Odur ki, MEDİA rəsmən dövlətimiz adından İlham Rəhimovun sahibi olduğu mətbu şəbəkəni uyardı. Yəqin ki, növbəti addım zəruriləşərsə, daha sərt tədbirə şahidlik edəcəyik.
Geri qayıt |