Əsas Səhifə > Manşet / Hadisə > Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU...
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU...Bu gün, 10:51 |
"DİA-AZ" xəbər verir ki, bu barədə gileylənən Naxçıvan sakinləri iddia edirlər ki, əgər təftiş olunsa Naxçıvanda stomatoloq adı ilə fəaliyyət göstərən "həkimlərin" əksəriyyətinin diplomunun saxta olduğu təsdiqlənər: "Onların əksəriyyəti guya ki, Rusiyanın, əsasən də Dağıstanın tibb məktəblərinin məzunlarıdır guya... Amma heç o məktəbləri də bitirməyiblər. Sadəcə, saxta diplom alaraq fəaliyyət göstərirlər". Qeyd edək ki, yaxın günlərdə konkret olaraq kimlərin tibbi savad almadan MR ərazisdində stomatoloq kimi fəaliyyət göstərdiyini açıqlayan materialı da diqqətinizə təqdim edəcəyik. Hər halda, bizdən əvvəl aidiyyatı qurumlar daha tədbirli davranarsa, məqsədəuyğun olar. Məsələ diqqətimizdədir... Geri qayıt |