Əsas Səhifə > Manşet / Sosial > Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir...
Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir...Dünən, 09:15 |
O, bu xəsarətdən sonra dərmanlardan asılı qaldığını və psixoloji durumunun yaxşı olmadığını deyir. Dəfələrlə müalicə alan, lakin vəziyyəti yaxşılığa doğru dəyişməyən veteran döyüşçünün halı döyüş fraqmentlərini xatırladıqca daha da pisləşir. Onun sözlərinə görə, komadan sonra bir müddət danışa bilməyib, nitqi bərpa ediləndən sonra yenidən döyüşə qayıtmaq istədiyini dilə gətirib. Bir müddət müalicəsiz qalan qazi bu dönəmdə intihara cəhdlər edib. O, qulağına şəhid yoldaşlarının səslərinin gəldiyini deyir. Növbəti müalicə kursundan sonra sağlıq durumu nisbətən düzələn Rahib Əliyev əlillik dərəcəsi ala bilmədiyindən də şikayətçidir. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hər dəfə onu geri qaytardığını, Hərbi komissarlığın və Tibbi-Sosial Ekspertizanın dediklərinin bir-biri ilə ziddiyyət təşkil etdiyini bildirir. Veteran döyüşçünün qonşuluğunda yaşayan Həsənova Şərqiyyə Telman qızı müharibədən öncə Rahibin tam sağlam olduğunu, geri qayıtdıqdan sonra isə şikayətlərinin başladığını, qıcolmalar keçirdiyini deyib. O, qazinin özünə xəsarət yetirdiyini də təsdiqləyib. Qonşusunun sözlərinə görə, son zamanlar Rahibin vəziyyəti bir qədər də kəskinləşib, onda səsə qarşı həssaslıq artıb, özünü idarə etməkdən çətinlik çəkir. Qazinin anası isə Prezident İlham Əliyevə müraciət edərək oğlunun vəziyyəti ilə bağlı kömək etməsini xahiş edib... Geri qayıt |