Əsas Səhifə > Manşet / Gündəm > Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB?
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB?Dünən, 08:49 |
Abbasov Əli Feyzulla oğlu... Yəqin ki, bu adı xatırlayırsınız... Naxçıvan Muxtar Respublikasının deputatı... HƏM DƏ ƏN ƏXLAQSIZI... Bu üzdəniraq deputat 25 iyun 2025-ci tarixində toydan çıxarkən öz keçmiş katibəsini bir neçə işçi ilə birlikdə evlərinə gətirib. Bu zaman öyrənib ki, katibə Yusifova Səriyyə Kərəm qızının həyat yoldaşı evdə yoxdur. Buna görə də fürsəti dəyərləndirərək gec saatlarda yenidən katibənin evinə zorla girərək, ona qarşı qeyri-etik hərəkətlər etməyə başlayıb. Bu barədə "DİA-AZ" olaraq xeyli əvvəldən məlumat vermişdik. Amma hələ də bu ƏXLAQSIZ DEPUTAT cəzasız qalıb... "DİA-AZ" xatırladır ki, həmin vaxt katibənin əri Yəhya evə gələrək, Əli Abbasovu evində görmüşdür. Bu vaxt Əli Abbasov evdən qaçaraq canını qurtarmış və evlərinə getmişdır. Ardınca Səriyyənin həyat yoldaşı Yəhya bıçaq götürərək, onun evinə gəlmişdir. Mübahisə zamanı Əli Abbasovun xalası oğlu bıçaqla yaralanmışdır. Nəticə olaraq, katibənin əri Yəhya həbs edilmişdir.
Belə ki, o, Şərur rayon Yenicə kəndində direktor vəzifəsində işləyərkən naməlum səbəbdən gecə ilə Bakı şəhərinə qaçmış və 7-8 ay sonra yenidən qayıtmışdır. Və qanunsuz olaraq, imtahandankənar Yengicə kəndinə müəllim təyin edilmiş, sonra metodist, Şərur rayon Kosacan kənd tam orta məktəbində direktor əvəzi, daha sonra isə Şərur rayon Fizika-riyaziyyat təmayüllü liseyə direktor vəzifəsinə təyin edilmişdir. Liseydə direktor işlədiyi müddətdə imtahansız çox sayda tərbiyəçi müəllim, laborant təyinatı əmrləri vermişdir. Hətta Təhsil Nazirliyinin yoxlama aparan komissiya üzvlərinə Əmrlər kitabını təqdim etməkdən imtina etmişdir. Deyilənə görə, Naxçıvan deputatı Əli Abbasov o qədər harınlayıb ki, bütün günü içkili vəziyyətdə yeni aldığı “Mercedes” markalı avtomobili ilə rayonda şütüyür. Bu deputat bütün günü liseydə gənc xanımlarla şənlənərək, bir dəfə də olsun dərslərə girməmişdir. O, harada işləyibsə, ordakı xanımlarla qeyri-səmimi münasibətlər qurmağa çalışmışdır. 2022-ci ildə içki məclislərində dediyinə görə, 50 min manata yaxın pul verərək, qanunsuz yollarla deputat seçilmişdir.
Geri qayıt |