Əsas Səhifə > Manşet / Ölkə > "Gör, indi ETSN-ə nə qədər pul veriblər ki..."

"Gör, indi ETSN-ə nə qədər pul veriblər ki..."


Bu gün, 11:02

""Ağacı obyektin içində saxlamaq" təcrübəsi "təbiəti mühafizə" və ya eko-dizayn kimi təqdim edilir. Başqa şəhərləri deyə bilmərik, amma bizim reallıqda səmimi görünmür. İmkan olsa, ağacları kəsərlər, obyektin içində saxlamazlar". "DİA-AZ" xəbər verir ki, bu ifadələrin müəllifi aşağıdakı fotoları təqdim edərək, daha sonra bildirir:

"Bəs ağacın qapalı məkanda qalması onun inkişafına ziyan vurur? Bəli, ziyan vurur. Ağac təbii gün işığından, hava axınından məhrum edilir. Deyilənə görə, eko-dizayn çox peşəkarlıqla tətbiq edilə bilər, amma bizdə belə nümunə var?
İndi özünüz təsəvvür edin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu obyektlərin sahiblərindən nə qədər pul alıblar ki, bu eybəcərliyə və təhlükəli mənzərəyə icazə veriblər... Hər halda kimsə iddia edə bilməz ki, bu ağaclar obyektin içində sonradan bitib..."

Geri qayıt