Əsas Səhifə > Manşet / Gündəm > "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..."
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..."Dünən, 09:06 |
"Şikayətim Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundandır. 1 ildən artıqdır ki evdə su sızması olduğuna görə, bəzi qonşuların evinə və mərtəbəyə ziyan dəyib. Evdə müəyyən divarların oboyları qopub, nəmişlik qoxusu var..." "DİA-AZ" xəbər verir ki, bu barədə şikayətçi düşən Süleyman Mənsimov məmur biganəliyindən, yarıtmazlığından gileylənir.
Narazı vətəndaş yazır: "Ötən il oktyabrda baxıb dedilər ki, əməkdaşlıq etdikləri sığorta şirkəti gəlib dəyərləndirməlidir. İlin sonunda bir usta su sızmasını təyin edən aparatla gəldi, yoxladı, dedi ki, su sızması yoxdur.
Fondun nümayəndəsi hər əlaqə saxladığımda əmin edirdi ki, hər şey qaydasındadır. Parallel olaraq ipoteka fondu ilə əlaqə saxladıqda mənə təchizat şöbəsinin nomrəsini verdilər. Onlarla da söhbət zamanı məlum olub ki heç sığortaya sorğu göndərilməyib və bu məsələ ümumiyyətlə bazada yox imiş. Qeydə aldılar. İyunun ortalarına yaxin idi.
Göründüyü kimi nümayəndələr məsələ ilə məşğul olmayıb. Artıq ay yarım keçib. Ümumilikdə isə bir ilə yaxındır ki bu problem var. Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng. Zənglə də həll olunmur.
Binada fonda aid əksər evlərdə eyni problem var. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu məsələ ilə məşğul olun..."
Geri qayıt |