Əsas Səhifə > Manşet / Siyasət > Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDURDünən, 07:28 |
Netçala rayonu, Xınlı kənd sakini İbrahimov Murad Seyfulla oğlu tərəfindən şikayət daxil olub. "DİA-AZ"ın məlumatına görə, şikayətçi bildirir ki, “Archico” MMC şirkəti ona qarşı haqsızlıq edir: “Mən, İbrahimov Murad Seyfulla oğlu, yazaraq bildirirəm ki, “Archico” DSX Sanqaçal layihəsində 5 ay işləmişəm. 5 ay sonra səhhətimdə ciddi problemlər olduğu üçün bulleten götürmüşəm. 2 aydır müalicə alıram. Hazırda vərəm xəstəliyindən əziyyət çəkirəm. 2 ay ərzində şirkət mənim kartıma 74 manat, bir dəfə isə 11 manat pul köçürüb. Özlərindən soruşduğum zaman isə deyirlər ki, əmək stajın az olduğu üçün belə olmalıdır. Xəstəliyim olduğu üçün işdən uzaqlaşmaq məcburiyyətində qalmışam. Bu da mənə verilən dəyər. Şirkətdən deyirlər ki, hara istəyirsən şikayət et, sənə düşən budur". "DİA-AZ" xatırladır ki, bütün bunlar “Archico” MMC şirkətinin ayağında olan ilk hadisə deyil ki, işçi haqqı heçə sayılır. Burada durum elədir ki, bəzən rəhbərliyin özbaşınalığı və səriştəsizliyi işçi ölümünə də səbəb ola bilir. Məsələn, keçən ilin yanvarında Sumqayıt şəhəri ərazisində "Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.
Geri qayıt |