"DİA-AZ"ın məlumatına görə, bu olaya reaksiya verən Həmidə Məmmədova adlı sosial şəbəkə istifadəçisi isə NHMT-nin "Facebook" hesabında olduqca ilginc iddiaların yer aldığı məlumatları açıqlayıb. Narazı vətəndaş M.Qəhrəmanlıya xitabən yazır:
"Salam Müvari xanım, yazıb bildirmək istəyirəm ki, Pirallahı rayonu icra hakimiyəti yanlız yalan vədlər verib söz söhbət tez bağlansın deyə. Əvvəla Dübəndi İshtesalat Bölümü Neft Kəmərlər İdarəsi Gürkanda yerləşmir, Gürkan hara Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsi hara... Gürkandan sonra Zirə qəsəbəsi gəlir... sonra Dübəndi bağları və daha sonra Xəzər rayonu Qışlaq sahəsi...
Bizim çalışdığımız həmin idarə də - Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsi Xəzər rayonu Qışlaq sahəsində yerləşir və uzun illər də həmin adını sədaladığımız idarə Xəzər rayonu Qışlaq sahəsinin üzərində gedib!!
Bu Pirallahı rayonu İcra hakiməti yarandığdan sonra - Pirallahı rayonuna fırıldaqçı icra başçısı Vasif İmanov gəldikdən sonra vəzifəyə, öz mənfəəti üçün təkcə Xəzər rayonu Qışlaq sahəsinin tabeyliyində və ərazisində olan Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsini öz caynağına keçirərək hər 3-4 aydan bir bütün idarə işçilərindən bizim rəhbərliyə tapşırıq verib fəhlələrdən iki manat, mühəndislər və rəislərdən isə beş manatdan pullar yığdırır... Həm də "Qırmızı Aypara"nı bəhanə edərək...
Bizim çalışdığımız idarə Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsinə su çəkilməsinə yalandan vədlər verib. Guya su çəkdirəcəksə, getsin elə öz idarə etdiyi rayonuna Pirallahı rayonu mədən ərazisinə su xəttləri çəksin! Neçə illər bundan öncə ora gələn texniki su xəttini də kəsdirib. Camaatdan pul yığıb guyaiçməli su xətti çəkməsi üçün... amma bu günə qədər heç bir su xəttləri çəkilməyib. Yanlız maşınla kefləri istədikdə camaata həftədə bircə dəfə su gətirilir. Çünki oranın camaatı hər ay ailədə neçə nəfər yaşayırsa, məsəl üçün dörd nəfərə 14-15 manat su pulu ödədiyi halda, isti yay ayları gəlir su maşınlarını öz bağlarına daşıdırılar. Çox vaxtı camaatı susuz qoyurlar
İnsanlar şikayətə getdikdə də, camaatı hədələyib deyirlər ki, hələ Allahınıza şükür edin ki biz sizə maşın tapıb su göndəririk.."