Əsas Səhifə > Manşet / Gündəm > Məhbəs sisteminin SEYİDOV BƏLASI...

Məhbəs sisteminin SEYİDOV BƏLASI...


Bu gün, 07:18

Neçə müddətdir ki, həbsxana sistemində müşahidə olunan bir məsələdən - yeni ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu zərərsizləşdirmək istəyi ilə bağlı məlumatları təqdim etməkdəyik. Qeyd edək ki, bu yazılarımız birmənalı qarşılanmayıb və eyni zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"DİA-AZ" olaraq xatırladırıq ki, ilk yazıda (müəllifi biz deyildik -red.) ədliyyə nazirinin PC rəhbərinə qarşı xətt tutması təqdir olunmurdu, əksinə qınanırdı ki, nədən Fərid Əhmədov Mirsaleh Seyidovu hədəfə alıb. Və müşahidə olunan o oldu ki, əksəriyyət nəinki nazirə haqq qazandırdı, hətta rəylərdə biz belə qınandıq ki, nədən PX rəhbərini müdafiə edirik... Halbuki həmin yazı bir daha qeyd edirik ki, bizə aid deyildi, biz sadəcə olaraq istinadla yaymışdıq. İkinci yazımızda isə biz artıq olaya kənar reaksiyalardan bəhs etdik və diqqətlərə çatdırdıq ki, əksər rəy nazirin məlum islahatlarından yanadır.

Yenə də bu mövzuda oxucu rəylərinin təqdimatını davam etdiririk... Beləliklə, oxucular yazır...

***

RƏY1: Penitensiar Xidmət elə bir yerdir ki, oranı gündəlik nəzarətdə saxlamaq vacibdir! Nazir yoxlama edir? Düz edir və onun borcudur onu etmək! Kimdir o xidmətin rəisi, yani şəxs rol oynamamalıdır! Əsas qanun içində yaşamalıdır. İçəridə nələr baş verir cəza çəkənlərin yaxınları yaxşı bilir. Nazir yoxlama edir?? Düppədüz edir! Əgər penitensiar sistem qanun yuvasıdırsa, rahat oturub və heç nədən də qorxmasınlar! Nə olub? Əl ayağa düşüblər? Müstəqil İctimai nəzarət olmalıdır, hər zaman zonlara daxil olmaq ixtiyarı ilə. Yoxsa bağlı qapı arxasında otur, yoxlamadan da xoşun gəlməsin?

***

RƏY2: Penitensiar xidmət demək olar ki, ən çox korrupsiyalasmıs dövlət qurumudur. Məhkumlardan hər xidmətə görə pul (aylıq) alınması sanki qanunun tələbidir. Bu haqda nə qədər yazılsa, deyilsə də, heç bir yaxşılığa doğru dəyişikliklər yoxdur. Penitensiar xidmətin müalicə müəssisəsi də iri ranqli məmurların sanki istirahət mərkəzidir. Pulları hesabına özlərinə sanatoriya tipli koteclər tikiblər. Böyük pullar müəssisə rəhbərinin cibinə gedir o da öz növbəsində yuxarıya baxır.

Nazir F.Əhmədov bu sahədə təzədir, amma cavandır... İstək olsa, bütün neqativ halların qarşısının alınması üçün tədbirlər görmək olar. Neqativ hallar hamıya məlumdur... bəs nazir niyə bilmir? F.Əhmədov ən böyük korrupsiya mənbəyinə çevrilmiş Penitensiar xidmətdə islahatlara başlayacaqsa, bu islahatların keçirilməsinə gücu catacaqmi? Buna özünün istəyi olacaqmı? Bax bu bir qədər çətin sualdır. Ədiliyyə sahəsində böyük islahatlara ehtiyac var. Burada heç bir məhkəmə prosesi pulsuz baş tutmur. Penitensiar xidmət Mirsaleh Seyidovun sanki özəl obyektidir. Bütün pullar zonlardan yığılır və onun cibinə gedir. Fərid Əhmədovun qorxusundan yığım bir az səngisə də, amma yenə də var. Çünki hələ də rəhbər Seyidov kimi bir bəladır...

***

Məsələ diqqətimizdədir... Mövzuya qayıdacağıq...


Geri qayıt