Əsas Səhifə > Manşet / Gündəm > Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir...

Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir...


Bu gün, 07:26

Lerik rayonu, Sors kənd sakini İbadov Qədir Balasan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Evinə ilanlar dolan kənd sakini səlahiyyətli qurumlardan kömək istəyir:

“Mən, İbadov Qədir Balasan oğlu, yazaraq sayt vasitəsilə bildirmək istəyirəm ki, ailə üzvlərimin həyatı təhlükədədir.

Belə ki, atamdanm qalan evdə illərdir yaşayırıq. Həyətdə və evdə ilanlar olur. Qorxu içərisində yaşayırıq. Günlərdir uşaqlarımın gözünə yuxu getmir. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bizə kömək etsinlər, çox çarəsiz vəziyyətdəyik".

Bütün qurumlara müraciət etmişəm. Kömək etmirlər.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti də olduğu kimi təqdim edirik:


Geri qayıt