Əsas Səhifə > Manşet / Hadisə > "Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?"

"Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?"


Bu gün, 09:01

"İzahı izah edilə bilməyəcək sual!! Niyə cənab Azəriqaz İB rəhbəri? Məqsəd nədir?" "DİA-AZ" xəbər verir ki, bu sualı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə ünvanlayan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı məsələnin məğzi barədə bunları qeyd edib:
"Dünən Lənkəran Regional Qaz İstismarı İdarəsinin həm fəhlə, həm də mühəndis texniki işçilər imtahana cəlb olunub. Maraqlısı bundan ibarətdir ki, hal-hazırda rejimlərə nəzarət və dispetçer şöbəsində 4 mühəndis var və halhazırkı ştat cədvəlində də 4 ştat var.
Bu halda sual olunur: nə səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?
Səbəbini deyim, digər şöbənin mühəndisləri ora imtahan verəcək... Niyə?
SOCAR Azəriqaz İB-nin rəhbərliyi, zəhmət çəkib araşdırın "niyənin" cavabını... Kim cavabını verməlidir bu uyğunsuzluğun?"

Geri qayıt