Əsas Səhifə > Manşet / Siyasət > Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ!

Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ!


Bu gün, 08:43

"Şikayətim "Expargo" şirkətindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "9 İyun tarixində "Expargo" istifadəçi panelində pul depoziti etdim amma həmin sayt üzərindən linklə sifariş mümkün olmadığından, pulun 3-5 iş günü ərzində geri qaytarılacağını bildirsələr də, üzərindən 26 gün keçməyinə baxmayaraq hələ də məbləğ hesabıma qayıtmayıb. Mənə geri qaytarma qəbzi göndərdilər ki, artıq göndərilib bunla bağlı bankla əlaqə saxlayın. Həmin qəbzi "Unibank"a təqdim etdim, mənə qəbzin düzgün formada olmadığını və hesabıma sözügedən məbləğin daxil olmadığını bildirdilər. Qeyri-peşəkar xidmətə görə bu qədər vaxt itkisi oldu..."


Geri qayıt