Əsas Səhifə > Manşet / Gündəm > "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!"
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!"Bu gün, 08:28 |
Məlum olduğu kimi dünən Naxçıvan Konstitusiyasına dəyişikliklərin təsdiqi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul olunub. Yeni qanuna əsasən Naxçıvandakı Səlahiyyətli Nümayəndəliyi və onun rəhbərinin də vəzifələri konkretləşib. Qəbul edilən qanuna əsasən, nümayəndəlik prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanı sayılır. Bu qurum 2022-ci ilin sonlarında yaradılsa da, konkret vəzifələr qanunla müəyyən edilməmişdi. Bu səbəbdən qurumun fəaliyyəti qeyri-müəyyən idi.
Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa da Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapır. Bunda əlavə Konstitusiyaya 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, bir maddə (maddə 5) isə çıxarılıb.
"DİA-AZ" bildirir ki, bütün bunlar məsələnin hüquqi tərəfidir və bu dəyişiklik Naxçıvan sakinləri üçün əslində formal xarakter daşıyır. Elə bu barədə "DİA-AZ"a Naxçıvan sakinləri adından edilən müraciətdə də deyilir ki, Naxçıvanda kimin, hansı qanununvericiliyin hakim olması bu gün bir nömrəli məsələ deyil. Bu gün Naxçıvan sakinləri az qala yoxsulluq, aclıq həddindədir: "Camaata iş lazımdır, camaatı soyan, rəzil gününə salan Naxçıvan məmurlarını rəsmiləşdirən hansısa qanun yox..."
Sakinlər adından edilən müraciətdə daha sonra deyilir:
"Naxçıvanın halı ilə nə oyun oynayırlar... Allah bilir... Bununla da hər iş düzəldi? İş yeri açın, camaata çörək verin, gənclər avaraçılıqdan baş götürub hara gəldi gedir.
Gürcüstan,Türkiyə, Rusiya... Rusiyada da vurub öldürurlər. Gürcustan balaca bir yerdir nə yaxşı orada iş var? Yüksək bal deyib haray çəkirlər... 600.. 700 bal toplayan uşaqlar özlərinə iş tapa bilmirlər... Nə qanun-manun dəyişirsiniz... Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!"
Geri qayıt |