Əsas Səhifə > Manşet / Gündəm > Müştərilər `Kontakt Home`la NƏ ETSİN?
Müştərilər `Kontakt Home`la NƏ ETSİN?Bu gün, 08:28 |
"Şikayətim "Kontakt Home"dandır. Belə ki, mayın 20-i rəsmi olaraq sifarişim qeydə alınıb və onlayn məhsul (divan) sifariş etmişəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Farida Yusibova adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mənə məlumat veriblər ki, 15-18 günə hazır olacaq. Vaxt tamam olduqda mən bunların whatsapp əlaqə nömrələrinə yazıb soruşdum və məni avtomatik yönləndirdilər çox “mükəmməl” irad şöbələrinə. Və ordan da mənə bildirildi ki, divan 12.06.2025-cil il tarixində çatdırılacaq. Və divan hələdə yoxdur. Və 21.06.2025-ci il tarixində mənə zəng gəldi ki, divanın bugün çatdırılması olacaq, ünvanı deyin. Ünvanı dedim, işdən icazə alıb getdim evə, ama bunlar divanı gətirmədilər. Saat 17.00-kimi gözlədikdən sonra 3 dəfə *6060 nömrəsi ilə əlaqə saxladım, mənə operatorlardan birincisi dedi ki, gün ərzində çatdırılmanız olacaq. Üçüncüsü isə dedi ki, sizin çatdırılma sıxlıq səbəbindən sabaha qaldı. Xeyr ola? Məni işdən evə gətizdirib, sonra da məzələnirsiz adamla?
Hörmətli Kontakt Home,
1. Əgər məhsul bu qədər gecikəcəkdisə, mənə məlumatı sifarişdən öncə verməli idiniz. 1 ay, 2 ay, 40 gün və s. Mən də qərarımı buna uyğun verməli idim.
2. Tamam, sifarişi götürdünüz, proses ərzində gecikmə müşahidə edirsinizsə, (əgər edə bilirsinizsə) müştərini aldatmaq düzgün deyil. Çünki mən sizin dediyiniz sözə güvənərək, evimə qonaq çağıra bilərdim. Yalan məlumat vermək sizi vəziyyətdən çıxartmayacaq təəssüf ki.
3. Mənim tarixçəmə baxsanız, görərsiniz ki, mən (nəinki mən, hətta ailə üzvlərim) sizin loyal müştərilərdən biriyəm və demək olar ki, əksər məhsullarımı sizdən əldə etmişəm. Əgər mənim kimi müştəriyə bucür yanaşırsınızsa, vay o birilərin halına.
4. Operatorlarınız boş-boş ancaq nömrə yönləndirirlər. Ortada heç bir həll yolu yoxdur! Mənim nömrəmi 1 həftədir haralarasa yönləndirirsiz, bilmirəm hara. Axırda da “mükəmməl” müştəri məmnuniyyətiniz əlaqə saxlayıb yalan məkumat verir adama.
Mən onsuz da öz hüquqlarımı qorumaq üçün müvafiq qurumlara bu barədə öz şikayətimi bildirəcəm. Sadəcə vətəndaşların da xəbəri olsun, ən böyük mağaza şəbəkələrindən birinin iş fəaliyyəti barədə..."
Geri qayıt |