Əsas Səhifə > Manşet / Siyasət > Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi...

Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi...


Bu gün, 08:44

"Şikayətim "Kristal" tikinti şirkətindəndir (əvvəlki adı "Kristal Abşeron"). "Park Əcəmi" layihəsində mənzillərin yarıdan çoxunu təhvil versələr də, yuxarı mərtəbədə yerləşən mənzilləri təhvil vermək fikirləri yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən vətəndaş deputat Ağalar Vəliyevə məxsus olan "Kristal" şirkəti ilə bağlı şikayətlərinin də qulaqardına vurulmasından gileylənir.

Vətəndaş etirazına daha sonra belə davam edir: "2025-ci ilin may ayından bəri (artıq 3 ay olacaq) mənzilin divar kağızlarını və parketini vurmurlar. İş icraçıları, ustalar və layihə üzrə telefona cavab verən şəxslər hər dəfə bir bəhanə ilə vaxt uzadırlar.

 Müqavilədə qeyd edilən təhvil müddətindənən artıq 3-4 aya yaxın müddət keçib. May ayından bəri 2 ay ərzində bunlar divar kağızını vurub qurtara bilmirlər, hər zəngdə də 5 günə təhvil verəcəklərini bildirirlər.

Müştərini bu formada və bu dərəcədə incitmək şirkərin imic və reputasiyasına çox böyük xələl gətirir..."


Geri qayıt