Əsas Səhifə > Manşet / Cəmiyyət > Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı...
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı...Dünən, 13:53 |
İyunun 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi genişmiqyaslı əməliyyat ölkədə ciddi rezonans doğrurub. Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilib. İcra başçısı və onunla birlikdə saxlanılanlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar. Xatırladaq ki, son illər icra başçılarının ətrafında bu cür genişmiqyaslı əməliyyatlar keçirilmirdi. 2020-ci ildən sonra bu prosesə ara verilmişdi. Buna yenidən start verilməsi növbəti həbslərin olacağını deməyə əsas verir. Necə ki, əvvəlki həbslər də zəncirvari olmuşdu. Ard-arda icra başçıları saxlanılaraq, hakim və prokuror qarşısına çıxarıldı. İndi düşüncələrə hakim kəsilən sual belədir: Musa Şəkiliyevdən sonra növbədə kim var? Hansı başçının başı dərdə girəcək? Bu sualların cavabı dəqiq bilinməsə də, gözlər önünə bir neçə icra başçısı gəlir. Bu barədə "DİA-AZ"a danışan mötəbər mənbə iddia edir ki, hal-hazırda iki rayonun icra başçısı "qara zolaq"da hesab olunur. Burada söhbət İmişli və Gədəbəy rayon icra başçılarından gedir. Məlumata görə, hər iki başçı ilə bağlı müəyyən planlar olsa da, əsas və ilkin olaraq Gədəbəylə bağlı kəskin addımlar atıla bilər. Mənbə iddia edir ki, hazırda Gədəbəyə rəhbərlik edən Orxan Mürsəlov barəsində ən çox şikayət olunan icra başçısı olmaqla yanaşı, onun adeı böyük torpaq maxinasiyalarında hallanır: "Bu gün Gədəbəydə rəsmən dərəbəylikdir. Mürsəlov Gədəbəy torpaqlarını məmurlara satmaqdadır. Baxmır meşə torpağıdır, kənd təsərrüfatı təyinatlıdır və yaxud da örüş yeridir. İstəyən olsa, müştərisi olsa, Mürsəlovun gözü tutsa, sabah satışdadır..." Məhz bu kimi çevirmə işləri səbəbindən hədəfə çevrilən Mürsəlov artıq neçə müddətdir ki, gərəkən qurumların da "radarına düşüb"... Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin... Geri qayıt |