Əsas Səhifə > Manşet / Sosial > "Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?"
"Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?"Dünən, 09:39 |
"Mən təxminən 5 ay əvvəl umico vasitəsi ilə “West Telecom” dan kredit ilə Apple AirPods Pro 2 qulaqlığı almışam. Bir müddət sonra məhsulda zavod qüsuru (defekt) aşkar olundu. Qulaqlığı geri qaytardım, 2 həftə sonra “problemi həll etdiklərini” deyərək eyni qulaqlığı yenidən mənə verdilər. Amma eyni nasazlıq hələ də qalır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Hüquqşünaslar Qrupu"nadkı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Rəsmi "Apple" zəmanəti mövcuddur Şəkildə qeyd etmişəm.
Problemin yenidən təkrarlanması səbəbindən təmiri yox, pulun geri qaytarılmasını və ya dəyişdirilməsini tələb etdikdə yox cavabı aldım
Maddi və vaxt baxımından cətinlik yaşayıram və məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır? Və bu proses nə qədər vaxt çəkəcək?"
Geri qayıt |