Əsas Səhifə > Manşet / Ölkə > Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR27-05-2025, 11:29 |
Bu dəqiqələrdə bir qrup valideyn Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıb. "Cebheinfo.az " xəbər verir ki, onlar lisey və gimnaziyaların 5 və 6-cı siniflərinə mərkəzləşmiş qaydada qəbul imtahanının ləğvinə etiraz edirlər. Belə ki, dünən Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da valideynlər arasında ciddi narazılıq yaradıb. Məhz valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər. Valideynlər qərarın daha əvvəldən elan olunmadığını əsas gətirərək bu tədris ilinə şamil olunmamasını tələb edirlər. Hazırda nazirlik rəsmilərinin bir qrup valideyni qəbul edəcəyi bildirilir. Geri qayıt |