Əsas Səhifə > Manşet / Hadisə > Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq?

Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq?


Bu gün, 10:16

Bravo, Zaur Mikayılov.

Su ilə imtahan etdiyiniz azmış kimi, indi də oksigenimizə əl qoydunuz.

Allah rəhmət eləsin, Ümumilli lider Heydər Əliyev, “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir" demişdi.

Amma ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi Zaur Mikayılovun işçisi Hüseyn Rəhmanov ilə "Körpü-Bina-Tikinti" MMC-nin məsul əməkdaşı Məhəmməd adlı şəxs birlikdə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Kürqırağı ərazidə yerləşən Tuqay meşə zolağının axırına çıxıblar. Əlbəttə, işçi nə karədir ki, ona rəhbər şəxslərdən tapşırıq olmadan bu boyda cinayəti törətmiş olsun?!

Cinayət demişkən, Zərdab rayonu ərazisində meşə ağaclarının kökündən məhv edilməsi haqqında cinayət məcəlləsində də müvafiq maddələr nəzərdə tutulub.

2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:

2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;[1]

2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;

2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlinin - yəni torpaq örtüyünün, meşələrin, yaşıllıqların və ya digər bitki növlərinin qanunsuz məhv edilməsi və ya zədələnməsi nəticəsində ətraf mühitə mühüm zərər vurulması hallarının tərkib əlamətləri mövcuddur. Bu cür qanunsuz əməllər təkcə təbiətə deyil, həm də insan sağlamlığına, ekoloji balansın pozulmasına və gələcək nəsillərin yaşayış hüquqlarına ciddi təhlükə yaradır.

Ona görə də tərəfimizdən, Azərbaycan Respublikasının Baş Prokurorluğu da başda olmaqla bütün aidiyyatı qurumlara rəsmi sorğular göndərilib.

Sorğumuz əsasında ötən gün redaksiyamızla əlaqə saxlayan Mərkəzi-Aran Regional Ekologiya İdarəsindən bildirildi ki, bu gün (23.05.2025) sözügedən ərazidə araşdırma aparılacaq və nəticələrlə bağlı bizə də məlumat veriləcək.

Qeyd edək ki, məlumatlar "Kanal14" YouTube kanalımızda yayımlandıqdan sonra podratçı şirkət "Körpü-Bina-Tikinti" MMC-nin məsul əməkdaşı Məhəmməd adlı şəxs telefonla bizə (bilmirik niyə) məlumatı yayımlamağa ehtiyac olmadığını bildirdi. Onun "bələdçisi" və bu məsələdə yaxın köməkçisi olduğu deyilən Hüseyn Rəhmanovun əlindən telefonu alıb, avtomobilinin bahalı nömrəsi ilə bizi qorxutmağa çalışan Səxavət Məmmədovun "elçisi" isə zəng edib, onun peşman olduğunu, bizimlə danışarkən içkili olduğunu, özündə olmadığını dedi və "söhbəti bağlamağı" xahiş etdi.

O, ki, qaldı Hüseyin Rəhmanovun "qazi", "veteran", "hərbiçi" adı ilə bizə hədə-qorxu gələn oğlu Elvin Rəhmanova, sən demə onu da belə ürəkləndirən onun hərbi hissədə mülki sürücü işləməsi deyil, Yuxarı Seyidlər kəndinin "Kəndxuda"sı (icra nümayəndəsi) işləyən qaynatası İntizam Məmmədov imiş.

O, İntizam Məmmədov ki, ötən il prokurorluqda... (bu barədə növbəti yazımızda)

Belə yerdə deyiblər, "Qurban olduğum yaradan özü bilib, dəvəyə qanad verməyib". Gör bunların vəzifəsi birazca böyük olsa nələr edərlər?!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Geri qayıt