Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR`

İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR`


Dünən, 15:24

İmişli kimi bir rayonun bu gün təhlükə meydanına çevrilməsi əslində təbii kimi görünə bilər, amma dövlətçiliyimiz baxımından ciddi problem əhəmiyyətindədir. "DİA-AZ" xəbər verir ki, bu barədə danışan məlumatlı mənbənın iddialarına görə, qısa müddət ərzində sözügedən rayonda icra başçısı dəyişikliyi baş tutacaq.


Elçin Rzayev artıq SİYASİ baxımdan yarıtmazlığını ortaya qoyub. Belə hallar heç bir şərt daxilində bağışlanmır. Söhbət İmişli Ağsaqqallar Şurası sədrinin SSRİ kimi təhlükəli ideyaya biət edərək onun əslində rayonda çaxnaşma yaratma cəhdindən gedir.


Mənbə iddia edir ki, məhz bu baxımdan İmişli dəyişməlidir: "Vilyam Hacıyev həbsə dövlətə meydan oxuya-oxuya getdi. Onu kənardan müşahidə edən övladına belə "narahat olma, 2-3 günə çöldəyəm" dedi. İndi də bu. İmişli xarici ölkə ilə həmsərhəd rayondur. Mühüm rayondur. Bunu dövlətin başında oturanlar da bilir. Elçin Rzayevin nazı ilə kimsə oynayası deyil. Fakt ortadadır ki, rayon başqaları tərəfindən idarə olunur..."


Geri qayıt