Əsas Səhifə > Manşet / Siyasət > Başçı öz işini görməyəndə: Camaat səfərbər olur...
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur...Dünən, 08:25 |
20 il sonra Buzovna qayaları gün işığı görür... Qayalar beton örtüklərdən təmizlənir. Yox, düşünməyin ki, bu işdə hörmətli Xəsər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov cənabları hansısa təşəbbüsü irəli sürərək hərəkətə keçib, konkret addımlar atır.
"DİA-AZ" xəbər verir ki, bu iş Buzovna sakinlərinin davamlı şəkildə keçirdikləri iməcilik yolu ilə görülür. Təmizlik aksiyasına Abşeronun, Xəzər rayonunun başqa kəndlərinin sakinləri də qoşulur.
Artıq iməciliklərin sayı 70-i ötüb. İlk iməciliklər vaxtı ərazi məişət tullantılarından, qayaları zəbt edən obyektlər söküləndən sonra isə tikinti qalıqlarından təmizlənirdi. Hazırda isə qayaların beton örtüklərdən təmizlənməsi işləri davam etdirilir.
Amma qayalıqda hələ də sökülməyən 3-4 obyekt qalır. Bu tikililərin toxunulmaz qalması isə onların “imtiyazlı” məmur və sahibkarlara məxsus olması ilə izah edilir. Hə, bax, burda Elşən Salahov aktiv iştirakçıdır. Həmin obyektlər məhz Xəzər RİH-in xüsusi mühafizəsi altındadır, deyə iddialar səslənməkdədir.
Nə isə... Olsun... Amma təmizlənən qayaların gün işığına çıxarılması üçün yerli RİH-in konkret addım atmasına nə deyirsiniz? Hər halda, özfailyyət xarakterli iməcliklərdənsə, dövlətin səfərbər olmuş qüvvəsi daha effektiv olmazmı?
Geri qayıt |