Əsas Səhifə > Manşet / Siyasət > Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ...

Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ...


Bu gün, 06:22

Cəlilabad şəhəri, Vüqar Niftullayev küçəsində yaşayan Şəhla Ağasiyeva deyir ki, sosial durumu çox ağırdır, dolana bilmir. "DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, həyat yoldaşı vəfat edib və iki azyaşlı övladı ilə birlikdə çətin şəraitdə çarəsiz vəziyyətdə qalıb.Bir müddət əvvəl "Kolxoz idarəsi"ndə işlə təmin olunduğunu deyən Ağasiyeva iddia edir ki, idarənin rəhbəri İslam İsgəndərov, birinci müavini Bəxtiyar Paşayev və ikinci müavini Zaur Məmmədov tərəfindən qanunsuz olaraq əmək fəaliyyətinə xitam verilib. Səbəb olaraq isə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin naziri Sahil Babayev tərəfindən qərar verildiyi deyilib. Şikayətçi deyir ki, bununla bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etsə də, nəticəsi olmayıb. Hazırda heç bir gəlir mənbəyinin olmadığını deyən Ağasiyeva çörəyi belə qohumların dəstəyi ilə aldığını deyir və işlə təmin olunmasını üşün aidiyyatı qrumlardan kömək istəyir. 


Geri qayıt