Əsas Səhifə > Manşet / Güney Press > BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan...

BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan...


12-05-2025, 14:46
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan...
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı neft sektorunda çalışanlardan hər il toplanan və yekunda kifayət qəıdər ciddi məbləğ edən şübhəli bir ödəməyə diqqətləri çəkib.

"DİA-AZ" olaraq M.Qəhrəmanlının məlum paylaşımını olduğu kimi təqdim edirik:

"SOCAR işçilərinin, işəgötürənlərinin və Qızıl Aypara Cəmiyyətinin rəhbərlərinin nəzərinə!

Təşkilata müraciət edən işçilər bildirirlər ki, ildə bir dəfə işçilərdən məcburi qaydada Qızıl Aypara Cəmiyyəti üçün 6 manat pul yığılır və bu halda hansı əsasla ödəniş edildiyini bildirilən heç bir sənədə qol çəkmirlər.

Qeyd:
İdarə və müəssisələrdə işçilərin əmək haqqından pul tutulması, və ya hər hansı formada yığılması yalnız İşçilərin yazılı ərizəsi əsasında və müvafiq qaydada rəsmiləşdirilməklə həyata keçirilə bilər.в?ќ

вњ…Və ümumiyyətlə neftçilərin əmək haqqından bu vəsait niyə tutulmalıdır ki?"

Geri qayıt