Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Sosial > "Bu nə münasibətdir, bu nə biganəlikdir?"
"Bu nə münasibətdir, bu nə biganəlikdir?"Dünən, 15:16 |
![]() "Vallah bu yazı hələlik bir neftçinin giley-güzarı və həm də bir mesajdır! Tələsik yazı müəllifini axtarmayın. Sadəcə dərindən düşünün..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə Neftçilərin Hüquqların Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıçıxış edib. M.Qəhrəmanlı daha sonra neftçilərdən birinin müraciətini təqdim edir. Biz də istinadla həmin müraciəti olduğu təqdim edirik: "İcazənizlə istərdim bu günlərdə baş verən bir hadisəni bir vətəndaş kimi, bir neftçi kimi bizim SOCAR ailəsinin diqqətinə çatdirim: Müəssisənin adini çəkmirəm, qorxduğum üçün deyil sadəcə istəyirəm əvvəlcə həmin məsul şəxs özü öz nöqsanini insanliq baximindan başa düşsün. İki neftçi qazimiz yaxinlaşir aidiyyati üzrə məsul şəxsə ki, bizi işlədiyimiz müəssisədə digər işçilərə verilən televizor və yataq üçün yayli döşəklə təmin etməyinizi xahiş edirik. Gözünə döndüyüm həmin məsul şəxsin (qazi neftçilərin dedikləri ifadəyə görə) işlətdiyi cümlələri siz oxucularin diqqətinə çatdiram: "Mən kimin altindan matrasi çixarim sənə verim, yoxdur... Televizora görəmi döyüşmüsünüz?" Özü də deyəsiniz ki, həmin qazilər statuslarindan sui-istifadə edənlərdir - xeyr! Təbiətcə sakit, zəhmətkeş, nümunəvi işçilərdir. Baxin, bu sözlər həmin məsul şəxsə yaraşacaq sözlərdimi? "Yoxdur"u başa düşdük, ola bilər ki, həqiqətən anbarda olmasin, amma onu bir az başqa formada demək olmazdimi? Necə olur bəs başqalari üçün olur amma bunlara olmur? O qədər faktlar var ki, yuxaridan zəng gələn kimi həmin adamlara, həmin qohumlara istənilən şəraitlər yaradilir. Beş nəfər zəng hesabina firlanan oğlanlara şərait yaradanda 1-2 nəfər də sadə işçiləri də nəzərə almaq olmazmi? Bu nə münasibətdir, bu nə biganəlikdir? Yəni vəziyyət o qədər amansiz həddə çatib ki, işçi öz haqqina çatani tələb edəndə artiq işdən çixarilmaq qorxusu ilə üz-üzə qoyulmalidirmi? Bəs hani Allah sevgisi, hani insan sevgisi, hani vətəndaş sevgisi, hani haqq-ədalət sevgisi? Belə çixir ki, fəhləsən kəs səsini mən nə deyirəmsə odur? Bu doğru munasibətdir sizcə? Bizim şirkətin çoxhörmətli prezidenti siravi işçilərlə oxuduğu Dörd dost - dörd ürek mahnisinda bele bir çümlələr var: O kəs dünyada çox bəxtiyardır, Sadiq, ayrılmaz dostları vardır. Dərdi, sevinci birgə bölürlər, Birgə qəm çəkib, birgə gülürlər. Bəs hani? İşçiyə qarşi bu cür münasibətlə dərdi və sevinci birgə bölmək olmadi axi, elə bil?" Geri qayıt |