Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə > ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR...
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR...Dünən, 10:58 |
![]() Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca ilginc bir məqama toxunub. "DİA-AZ" xəbər verir ki, burada söhbət tanıtımında belə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) abreviaturasından imtina edərək SOCAR-a dönüşən dölət neft şirkətinə aid idarə və təşkilatların tanıtımında da dövlət dilimizin basqı altında olmasından gedir. "Dilim-dilim olan ana dilimiz..." deyərək məsələyə diqqət çəkənb NHMT sədri vurğulayır: "SOCAR-Downstream (aşağı axın), Midlestreem (orta axın), Upstreem (yuxarı axın), Management... MMC-lər və ölkə qanunvericiliyi: Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi (Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi. (Dövlət dili haqqında Azərbaycan Respublikası qanununu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar)..." Geri qayıt |