Əsas Səhifə > Manşet / Güney Press > İki dövlət qurumu birləşir...

İki dövlət qurumu birləşir...


5-05-2025, 15:00
İki dövlət qurumu birləşir...
Az əvvəl "DİA-AZ" olaraq xəbər verərək bildirdik ki, bir neçə aydır ki, boş qalan ekologiya və təbii sərvətlər naziri postuna təyinat gözlənilir. Məlumata görə, bu posta Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin gətiriləcəyi barədə məlumat yayılıb. Xatırladaq ki, bu ilin fevralından Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsi boşdur.

"DİA-AZ"-a bununla bağlı yeni informasiya daxil olub.

Mötəbər mənbə iddia edir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə yanaşı sözügedən qurum da ETSN-ə transfer edir... Mənbəninn söylədikləri:

"Yəni Arxitektura idarəsi ETSN-ə birləşəcək, yeni nazirlik yaranacaq. Anar Quliyev də nazir təyin olunacaq..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Geri qayıt